12px13px15px17px
Tarix:14/06/19

Yaponiyada işıqforlar “5G” siqnallarını ötürəcək

Yaponiyada svetoforlar beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) siqnallarını ötürməyə imkan verən xüsusi avadanlıqla təchiz ediləcək. Bu barədə ölkənin “NHK” telekanalı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, Yaponiya hökuməti tərəfindən “5G” mobil şəbəkəsinin qurulmasının sürətləndirilməsi üzrə proqram açıqlanıb. Gündoğar ölkədə yeni nəsil rabitənin 2020-ci ildən etibarən istifadəyə verilməsi planlaşdırılır. Çətinlik ondan ibarətdir ki, bu vəzifənin həyata keçirilməsi üçün hazırda mövcud olandan daha çox antena qurğuları tələb olunur. Problemin həlli üçün hökumət ölkə ərazisində 200 min işıqfora xüsusi avadanlıq quraşdırmaq niyyətindədir. Bu, “5G” şəbəkəsini daha tez tətbiq etməyə və xərcləri xeyli azaltmağa imkan verəcək.

 

Bundan başqa, svetoforlarda avtonom avtomobillərin hərəkətini asanlaşdırmaq üçün yollarda hərəkət şəraitini qeydə alan ötürücülərin quraşdırılması nəzərdə tutulur.

 

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 527

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024