12px13px15px17px
Tarix:01/07/19

Müsabiqəyə qatıl, 10 000 AZN qazan!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC  "R.I.S.K Company", "Azərcell Telekom", "TrendMicro" və "Bestcomp Group" şirkətlərinin sponsorluğu ilə keçirilən "AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.
 
Bu müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər. Həmçinin, bu yarışmada iştirak bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də, investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır.
 
"AZCLOUD Hackathon 2019" müsabiqəsi üzrə qalib komanda 10 000 AZN məbləğində pul mükafatı qazanacaq.
 
Qeydiyyat 1 iyul tarixindən başlayacaq və yarışmanın veb səhifəsindən (www.h.azcloud.az/reg) sorğular qəbul olunacaq. "Hackathon"da iştirak etmək istəyənlər komanda formalaşdırmalıdır. Komandanın tərkibində kapitan da daxil olmaqla ən azı 3, maksimal olaraq isə 5 nəfər olmalıdır.
 
Müsabiqə 3 mərhələdən ibarət olacaq. İlk mərhələdə qeydiyyat forması komanda kapitanı tərəfindən özü və bütün komanda üzvləri üçün doldurulmalıdır. Daha sonra komanda xüsusi hazırlanmış kiçik bir tapşırığı yerinə yetirməlidir ki, müsabiqədə iştirak etmək hüququ qazansın. Bu mərhələni keçən komandalara onlar üçün hazırlanmış tapşırıq haqqında ətraflı məlumat veriləcək. Komandalar tapşırığın yerinə yetirilməsi üzərində işləyəcəklər və sonda öz işlərini izahlı təqdimat şəklində təqdim edəcəklər. 
 
Qeyd edək ki, bu il "AZCLOUD Hackathon 2019" Avropanın ən böyük idman arenalarından biri olan, 68 700 tamaşaçı tutumlu və UEFA, FIFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda keçiriləcək. Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsi üçün hər komanda üçün otaq (SkyBox) ayrılacaq və yarışma ərzində komandalar qida ilə təmin olunacaq.
 
Qeyd edək ki, "Hackathon" proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.
 
Layihəyə dəstək olmaq üçün və ən son məlumatları əldə etmək üçün sizə uyğun olan sosial şəbəkələrdə onu izləyib yerləşdirilən məlumatları paylaşa bilərsiniz:

Veb səhifə: https://h.azcloud.az/

Facebook: https://www.facebook.com/h.azcloud/

Facebook event: https://www.facebook.com/events/321974052068942/

YouTube: https://www.youtube.com/watch?v=3G5dFRAMBbM

Instagram: https://www.instagram.com/h.azcloud/

Telegram: https://t.me/h_Azcloud.




Baxış sayı: 10289

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Avqust 2020

14 08 2020

14/08/20
“Google Lookout” proqramı gözdən əlil insanlara məhsulları tanımağa və sənədləri oxumağa kömək edəcək

“Google” şirkəti ilk dəfə 2019-cu ildə zəif görənlər üçün “Lookout” mobil proqramını istifadəyə verib

14/08/20
“Google Fuchsia OS” sistemi sertifikasiyadan keçib

“Bluetooth” standartlarının hazırlanması və bu texnologiya ilə təchiz edilən qurğuların sertifikatlaşdırılması ilə məşğul olan 

14/08/20
“Vivo S1 Prime” smartfonu rəsmən təqdim edilib

“Vivo” şirkəti 48 mp-lik kamera və “Snapdragon 665” prosessoru ilə təchiz edilmiş yeni “S1 Prime” smartfonunu təqd

14/08/20
“Lenovo” və “HP” dünya noutbuklar bazarının yarısına nəzarət edir

“Strategy Analytics” şirkəti portativ kompüterlərə tələbatın kəskin artmasını açıqlayıb

14/08/20
“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

Altıncı nəsil mobil rabitə şəbəkəsi üzrə pilot layihə 2026-cı ildə istifadəyə veriləcək. Bu barədə “BusinessKorea” nəşrinin Cənubi Ko

14/08/20
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdar edir

Son günlər ölkəmizdə “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması

14/08/20
Yeni “iPhone” smartfonlarının təqdimat tarixi açıqlanıb

“iPhone 12” seriyalı yeni smartfonların təqdimatı gözləniləndən daha gec keçiriləcək