12px13px15px17px
Tarix:09/07/19

Kibercinayətkarlarla mübarizəyə xərclər 6 trilyon dollara yaxınlaşacaq

Maliyyə, hesab və audit sahəsində mütəxəssisləri birləşdirən ACCA assosiasiyası biznesdə kibertəhlükəsizlik problemlərinə həsr edilmiş araşdırmanın nəticələrini elan edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin proqnozuna görə, 2021-ci ilədək şirkətlər kibercinayətkarlarla mübarizəyə təxminən 6 trilyon dollar xərcləyəcək. Araşdırma nəticəsində məlum olub ki, maliyyə mütəxəssislərinin hamısı kibertəhlükəsizlik məsələsini risk amillərinə aid etmir və çox vaxt onun məsuliyyəti yalnız İT mütəxəssislərinin üzərinə düşür.
 
Araşdırma zamanı rəyi öyrənilmiş maliyyə direktoru və maliyyə departamentləri rəhbərlərinin təxminən 60%-i hesab edirlər ki, kibertəhlükəsizlik 5 ən mühüm biznes risklərindən biridir.
 
Respondentlərin 10%-i şirkətlərində kibertəhlükəsizlik üçün məsuliyyət daşıyan şəxsi tanımırlar, respondentlərin 33%-i isə şirkətlərinin əvvəllər kiberhücuma məruz qalıb-qalmadığını bilmirlər.
 
Emil Hüseynov




Baxış sayı: 178

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 İyul 2019

23 07 2019

23/07/19
“Huawei” böyük ekranlı yeni yığcam noutbukunu təqdim edib

“Huawei” şirkəti “Honor MagicBook Pro” adlı yeni noutbukunu təqdim edib. Yeni noutbuk yüngüldür

23/07/19
ABŞ Prezidenti texnoloji şirkətlərin rəhbərləri ilə milli təhlükəsizlik məsələlərini müzakirə edib

ABŞ Prezidenti Donald Tramp “Google”, “Broadcom” və digər texnoloji şirkətlərin rəhbərləri ilə görüşərək

23/07/19
2019-cu ildə virtual köməkçilərə malik qurğuların tədarükü 1,1 milyarda çatacaq

“Futuresource Consulting” tədqiqat şirkəti “Amazon Alexa”, “Google Assistant”, “Apple Siri”

23/07/19
“KaiOS” sistemi üçün “WhatsApp” messenceri istifadəyə verilib

Düyməli telefonlar üçün nəzərdə tutulan “KaiOS” əməliyyat sistemi “WhatsApp” proqramını dəstəkləmə

23/07/19
Kibercinayətkarlar “FaceApp” proqramının populyarlığından istifadə edirlər

“ESET” beynəlxalq antivirus şirkəti kibercinayətkarların “FaceApp” mobil əlavəsinin populyarlığından fırı

23/07/19
Dünyada ən güclü smartfon təqdim edilib

“Asus” şirkəti tərəfindən təqdim edilmiş “ROG Phone II” adlı oyun smartfonu dünyada ən məhsuldar telefon

23/07/19
“NVIDIA” Britaniyada süni intellekt sahəsində tədqiqatlar üçün texnoloji mərkəz açıb

“NVIDIA” şirkəti Böyük Britaniyada süni intellekt sahəsində innovativ tədqiqatların və məlumat analizi me

23/07/19
“Apple” artıq 2020-ci ildə yeni tip ekran texnologiyası tətbiq edəcək

“Apple” şirkətinin bəzi qurğuları artıq gələn il yeni tip displeylərlə təchiz ediləcək. Qeyri-rəsmi məlum