12px13px15px17px
Tarix:11/07/19

“Samsung Galaxy A90 5G” smartfonu qabaqcıl prosessorla təchiz ediləcək

"Geekbench" saytında indiyədək nümayiş olunmayan "Samsung Galaxy A90" smartfonunun sınaqlarının nəticələri dərc edilib. Bunun sayəsində qurğunun bir sıra texniki xüsusiyyətləri barədə məlumat əldə etmək mümkün olub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, məlumata görə, "Galaxy A90" modeli "4G" və "5G" versiyalarında təqdim ediləcək. Saytda beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən variant test edilib. Smartfona qabaqcıl "Snapdragon 855" prosessoru və 6 giqabaytlıq operativ yaddaş quraşdırılıb. Qurğu birnüvəli testdə 3458 bal, çoxnüvəlidə isə 10 852 bal toplayıb. Bu nəticə 2019-cu ilin ən yaxşı "Android" sistemli smartfonları ilə müqayisə edilə bilər.
 
Bundan başqa, Cənubi Koreyada "Galaxy A90" modeli üçün 4580 milliamper/saat tutumlu akkumulyator sertifikasiyadan keçib. Lakin hazırda onun smartfonun hansı versiyası üçün nəzərdə tutulduğu məlum deyil.
 
Bildirilir ki, "Galaxy A90" smartfonu "Full HD+" təsvir ölçülü 6,7 düym diaqonallı ekran və 8, 12 və 5 meqapiksel modullu 3 kamera ilə təchiz ediləcək.
 
"Samsung Galaxy A90 5G" smartfonunun təqdimat tarixi və qiyməti hələ ki açıqlanmayıb.
 
Nizam Nuriyev




Baxış sayı: 146

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Yanvar 2020

25/01/20
Fevralın 1-dən “WhatsApp” köhnə smartfonları dəstəkləməyəcək

“WhatsApp” messencerinin tərtibatçıları köhnə mobil qurğuların dəstəyinin, planlaşdırıldığı kimi

25/01/20
“Swiss Post” məktub və tibbi analizlərin dronlarla çatdırılması xidmətini bərpa edib

İsveçrə poçtu məktub və tibbi analizlərin dronlarla çatdırılması xidmətini 

25/01/20
Yeni GPS sistemi ərazi üzrə istiqamətlənməni yaxşılaşdıracaq

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri tərəfindən təqdim edilmiş yeni GPS sistemi

24 01 2020

24/01/20
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və r

24/01/20
Yaponiyada 3,6 düym ekrana malik çox yığcam smartfon təqdim edilib

Müasir smartfonların özəlliyi böyük ekrana malik olmalarıdır, amma bəzi istehsalçılar trendlərə uyğun gəl

24/01/20
“Huawei” koronavirusa görə tərtibatçılar üçün konfransı təxirə salıb

“Huawei” şirkəti fevralın 11-12-də mənzil-qərargahının yerləşdiyi Şençjen şəhərində keçiriləcək proqram

24/01/20
“Twitter”də şəxsi mesajlara reaksiya bildirmək imkanı əlçatan olub

“Twitter” mikrobloqlar xidmətində şəxsi mesajlara reaksiya bildirmək imkanı əlçatan olub. İndi istifadəçi

24/01/20
Dünyada ən məhsuldar smartfon məlum olub

Çinin “Realme” brendinin naməlum aparatı məhsuldarlığın sintetik məhsuldarlıq testlərində rekord bal topl

24/01/20
Yaponiyada kosmik əməliyyatların yerinə yetirilməsi üçün hərbi qrup yaradılacaq

Yaponiyanın Hərbi Hava Qüvvələrində kosmik əməliyyatların yerinə yetirilməsi üçün qrup yaradılacaq. Yeni

24/01/20
BMT-nin rəhbərliyi “WhatsApp” messencerinin istifadəsindən imtina edib

BMT-nin baş katibi Antoniu Quterrişə işgüzar yazışmalarda “WhatsApp” proqramının istifadəsindən imtina et

24/01/20
Dünyanın 10 ən bahalı brendi məlum olub

“Brand Finance” nəşri dünyanın 500 ən böyük brendinin dəyəri haqqında məlumatları özündə birləşdirən 

24/01/20
“Apple” brauzerində boşluq aşkarlanıb

“Google” şirkətinin kibertəhlükəsizlik xidməti “Apple” şirkətinin “Safari” brauzerində çoxsaylı

24/01/20
Elastik “Motorola” smartfonunun buraxılış tarixi açıqlanıb

“Motorola” şirkəti elastik ekranlı “Moto Razr” smartfonunun buraxılış tarixini açıqlayıb. ABŞ-da fevralın