12px13px15px17px
Tarix:12/07/19

“Windows” sistemində yeni “sıfır gün” boşluğu aşkar edilib

“Eset” antivirus istehsalçısı “Windows” sistemində yeni boşluq aşkar edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “CVE-2019-1132” adlandırılmış “sıfır gün” boşluğu  “win32k.sys” komponentindəki imtiyazların lokal səviyyədə artırılmasını həyata keçirir. Eksploitin quraşdırılmasından sonra cinayətkarlar qurbanın kompüteri üzərində tam nəzarəti ələ keçirmək imkanı əldə edirlər.
 
Aşağıdakı əməliyyat sistemləri sözügedən boşluğa qarşı dayanıqsızdır: “Windows 7” (x32); “Windows 7” (x64); “Windows Server 2008” (x32); “Windows Server 2008” (x64); “Windows Server 2008 R2”; “Windows Server 2008 R2” (x64).
 
“Windows 8” və sonrakı versiyalarda belə hücumlara qarşı müdafiə mexanizmləri nəzərdə tutulub.
 
“Eset” şirkətinin ekspertləri bu boşluq haqqında “Microsoft” korporasiyasına məlumat veriblər və şirkət xüsusi yeniləmə çıxararaq problemi aradan qaldırıb.
 
2019-cu il iyulun 9-da “Microsoft” öz proqram məhsulları üçün aylıq yeniləməsini təqdim edib. Bu dəfə 77 boşluq aradan qaldırılıb.
 
Emil Hüseynov



Baxış sayı: 1092

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024