12px13px15px17px
Tarix:22/07/19

“Huawei” şirkəti “Android” sisteminin əvəzlənməsi ilə bağlı məsələyə aydınlıq gətirib

"Huawei" şirkəti gələcəkdə də "Google" mobil əməliyyat sistemindən istifadəni planlaşdırır, "Hongmeng" isə smartfonlar üçün nəzərdə tutulmayıb. Bu barədə şirkətin Direktorlar Şurasının üzvü və baş vitse-prezidenti Ketrin Çen bildirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, yeni "Hongmeng" əməliyyat sisteminin "Huawei" şirkətinə "Google" və digər ABŞ şirkətləri ilə əməkdaşlığın qadağan ediləcəyi təqdirdə "Android" və "Windows" sistemlərini əvəzləyəcəyi ehtimal edilirdi. Sistemin hazırlanmasında "Huawei" ilə yanaşı, "Tencent", "BBK" şirkətinin törəmə müəssisələri (Oppo və Vivo) və "Xiaomi" iştirak edir. İlk sınaqların nəticələrinə görə, "Hongmeng" əməliyyat sistemi "Android"dən 60 faiz sürətli olub.

 

Lakin K.Çen Brüsseldə mətbuat konfransında bəyan edib ki, şirkət mobil qurğular üçün "Hongmeng"dən istifadə etməyəcək. Onun sözlərinə görə, bu əməliyyat sistemi müəssisələrdə istifadə üçün nəzərdə tutulub və onun üzərində işə "Huawei" şirkətinin ABŞ Ticarət Nazirliyinin "qara siyahısı"na daxil edilməzdən xeyli əvvəl başlanılıb.

 

Nizam Nuriyev





Baxış sayı: 492

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024