12px13px15px17px
Tarix:07/08/19

“Galaxy Watch Active 2” “ağıllı” saatı təqdim olunub

“Samsung Electronics” şirkəti ikinci nəsil “Galaxy Watch Active” smart saatını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “ağıllı” saat 39-dan çox təlim növünü izləməyə imkan verir, onlardan 7-si avtomatik aktivləşir.

 

İstifadəçi “Running Coach” yenilənmiş funksiyası sayəsində real vaxt rejimində qaçış sürətini müəyyənləşdirə və 7 müxtəlif təlim proqramından birini seçə bilər.

 

“Galaxy Watch Active 2” saatının arxa tərəfində quraşdırılmış datçiklər qurğunun birinci nəsli ilə müqayisədə məlumatları daha sürətli oxumağa imkan verir. Həmçinin təkmilləşdirilmiş yuxu analizi alqoritmləri nəzərdə tutulub.

 

“Samsung Galaxy Watch Active 2” “ağıllı” saatı 2019-cu il sentyabrın 13-də satışa çıxarılacaq. Saatın dəyəri versiyadan asılı olaraq 300-470 avro aralığında təşkil edəcək.

 

Emil Hüseynov





Baxış sayı: 859

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024