12px13px15px17px
Tarix:14/08/19

Genişləndirilmiş intellekt şirkətlərə 2,9 trilyon dollar qazandıracaq

“Gartner” analitik şirkəti şirkətlərdə genişləndirilmiş və ya təkmilləşdirilmiş süni intellektdən (augmented intelligence) istifadə üzrə proqnoz açıqlayıb. Söhbət korporativ məlumatların analizi və qərarların qəbulu üçün tətbiq edilən texnologiyalardan gedir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin proqnozuna görə, 2030-cu ilədək genişləndirilmiş intellektin tətbiqindən kommersiya dəyəri 2,9 trilyon dollara, əmək məhsuldarlığı isə 6,2 milyard saata bərabər olacaq.

 

Bildirilir ki, süni intellekt texnologiyalarından istifadə bir çox adi əməliyyatların yerinə yetirilməsini avtomatlaşdırmağa imkan verir. Məsələn, müəssisə və təşkilatlar süni intellekt əsasında çat servisləri, tövsiyə platformaları, eləcə də “ağıllı” məlumat analizi sistemləri tətbiq edirlər.

 

“Genişləndirilmiş intellekt insanlar tərəfindən süni intellektdə istifadə edilən bütöv potensialdır. Süni intellekt texnologiyaları inkişaf etdikcə genişləndirilmiş süni intellektdə təklif edilən insan və süni intellektin birləşdirilmiş imkanları müəssisələrə daha çox fayda gətirəcək”, – “Gartner” şirkətinin tədqiqatlar üzrə vitse-prezidenti Svetlana Sikular bildirib.

 

2030-cu ilədək şirkətlərin süni intellektdən istifadədən əldə edəcəkləri kommersiya gəlirinin təxminən 40 faizinin “augmented intelligence” texnologiyalarının payına düşəcəyi gözlənilir. Qalan hissəyə süni intellekt agentləri (24 faiz), avtomatik qərar qəbulu sistemləri (19 faiz) və “ağıllı” məhsullar (13 faiz) sahib çıxacaq. Genişləndirilmiş süni intellekt seqmentinin digər sahələrdən daha sürətli artacağı proqnozlaşdırılır.

 

Nizam Nuriyev





Baxış sayı: 966

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024