12px13px15px17px
Tarix:15/08/19

Hakerlər fotokameraları virusa yoluxdurmağı öyrəniblər

Bir çox fotokameralarda istifadə olunan PTP protokolunda aşkar edilmiş boşluq cihazlara zərərverici proqram təminatı quraşdırmağa imkan verir. Bu barədə kibertəhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış “Check Point Software Technologies” şirkətinin hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, PTP (Picture Transfer Protocol) protokolu ilk öncə məlumatları kameradan kompüterə yükləmək üçün istifadə olunurdu, ancaq indi məlumatları kompüterdən kameraya ötürməyə də imkan verir, həmçinin protokol vasitəsilə yeniləmə yüklənilir.

 

PTP protokolu istifadə vaxtı avtorizasiya tələb etmir. Tədqiqatçılar protokol vasitəsilə məsafədən kameraya zərərverici proqram təminatı yükləməyə cəhd ediblər. Sınaqlar “Canon EOS 80D” kamerası üzərində aparılıb. Hesabatda qeyd edilib ki, PTP protokolu bir çox istehsalçıların kamerasında oxşar şəkildə reallaşdırılıb.

 

Nəticədə məlum olub ki, komandalardan biri istifadəçinin iştirakı olmadan yeniləməni məsafədən icra etməyə imkan verir. Məsələn, bu üsulla kameraya virus yükləmək mümkün olub.

 

Emil Hüseynov





Baxış sayı: 887

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024