12px13px15px17px
Tarix:17/08/19

“iPhone” smartfonunda yeni təhlükəli boşluq aşkar edilib

Hakerlər "Kontaktlar" proqramının köməyi ilə “iPhone” qurğusuna müdaxilə etməyə nail olublar. Bu haqda “Check Point” şirkətinin press-relizində deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, SQLite məlumat bazasında aşkar edilmiş boşluqlar “iOS” sisteminin idarəetməsi altında işləyən qurğuya müdaxilə etməyə imkan verir. Hakerlər tərəfindən məlumat bazasına tətbiq edilən zərərverici kod, məsələn, istifadəçi ona lazım olan nömrəni axtardıqda işə düşür. Beləliklə, cinayətkarlar yalnız istifadəçilərin şifrə və kontaktlarını oğurlamır, həm də qurğu üzərində tam idarəetməni ələ keçirə bilərlər.
 
Mütəxəssislər qeyd edirlər ki, SQLite istənilən əməliyyat sistemi, fərdi kompüter və mobil telefonda əlçatan olan dünyada ən geniş yayılmış məlumat bazasıdır. “Chrome”, “Firefox”, “Safari” kimi brauzerlərdə, həmçinin “Dropbox” proqramında sözügedən məlumat bazasından istifadə edilir.
 
“Check Point” şirkəti öz işinin nəticələri haqqında “Apple” şirkətini xəbərdar edib və ümid edir ki, bu tədqiqat kibertəhlükəsizlik üzrə dünya cəmiyyətini SQLite məlumat bazasında aşkar edilmiş boşluqları aradan qaldırmağa sövq edəcək.
 
Emil Hüseynov



Baxış sayı: 7512

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Sentyabr 2019

19 09 2019

19/09/19
70 düymlük yeni “Xiaomi” televizorunun qiyməti cəlbedicidir

“Xiaomi” şirkəti 70 düym diaqonallı “Xiaomi Mi TV 4A” televizorunu təqdim edib

19/09/19
Alimlər: “Kosmik liftin yaradılması mümkündür”

Beynəlxalq alimlər qrupu müasir texnologiyalar vasitəsilə kosmik lift növlərindən

19/09/19
“Samsung” böyük tutumlu batareyaya malik ucuz “M30s” smartfonunu təqdim edib

“Samsung” şirkəti “Galaxy M30s” adlı ucuz smartfonunu 

19/09/19
“Airbus” təyyarələr üçün “ağıllı” salon nümayiş etdirib

“Airbus” şirkəti “Connected Experience” adlı “ağıllı” sərnişin salonu təqdim edib

19/09/19
“Facebook” universal artırılmış reallıq eynəyi hazırlayır

“Facebook”un mütəxəssisləri “Orion” kod adına malik yeni cihaz üzərində işləyirlər

19/09/19
Ən sürətli süni intellekt klasteri təqdim olunub

“Huawei” şirkəti Şanxayda keçirilən “HUAWEI Connect 2019” konfransı çərçivəsində “Atlas 900”