12px13px15px17px
Tarix:17/08/19

“NVIDIA” və “AutoX” şirkətləri Avropa bazarı üçün avtomatlaşdırılmış taksi hazırlayacaq

2020-ci ilin sonunadək “NVIDIA” qrafik prosessorlar istehsalçısı “AutoX” və “NEVS” şirkətləri ilə birgə ilk avtomatlaşdırılmış taksi prototipini təqdim edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, süni intellekt texnologiyası əsasında işləyəcək taksi şəhər mühitinin istənilən şəraitində hərəkət edə biləcək.
 
Məlumdur ki, avtomatlaşdırılmış taksi “NVIDIA” şirkətinin saniyədə 320 trilyon əməliyyat emal edə bilən “Xavier” adlı yeni prosessoru ilə işləyəcək. Qurğunun başqa texniki təfərrüatları haqqında hələ ki məlumat verilmir.
 
Emil Hüseynov



Baxış sayı: 11415

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024