12px13px15px17px
Tarix:21/08/19

Şəhərdə vəziyyəti izləyən və onun sakinlərini müdafiə edən “ağıllı” küçə fənərləri təqdim edilib

"Sapphire Now and ASUS" illik konfransında "Signifiy BrightSites" şirkətinin istehsalı olan küçə fənərləri təqdim edilib. GPS texnologiyasından istifadə edən və vahid şəbəkəyə qoşulan fənərlər hava və havanın çirklənməsi haqqında məlumatları toplayır. Sözügedən fənərlərə quraşdırılmış 4G və 5G şəbəkələrinin SIM-kartları vasitəsilə məlumatlar "bulud" saxlanc sisteminə ötürülür.

 

"ICTnews" Elektron Xəbər Xidməti "digger.ru" saytına istinadən yazır ki, "Gartner" analitik şirkətinin versiyasına görə, "ağıllı" fənərlər "ağıllı" şəhərlər üzrə texnoloji trendlərin top onluğuna daxildir. "Signify" şirkətinin fənərləri şəhər sakinlərinin təhlükəsizlik və rahatlığının yüksəldilməsi üçün nəzərdə tutulmuş "SmartPole" texnologiyasından istifadə edir. Sütunlara bərkidilmiş sensorlar kompleksi insanların orda olmasına reaksiya verir: "Wi-Fi" paylanır, işıq diodu işıqlandırması qoşulur, onun parlaqlığı günün vaxtından və şəraitdən asılı olaraq tənzimlənir. Fənərin yaxınlığında mübahisə baş verdikdə işıqlandırma daha parlaq olur.

 

Emil Hüseynov





Baxış sayı: 577

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024