12px13px15px17px
Tarix:22/08/19

“OnePlus” televizorlarının təqdimat tarixi məlum olub

“OnePlus” şirkətinin baş direktoru Pit Lo “Business Insider” resursuna müsahibədə “ağıllı” televizorlar bazarına daxil olmaqla bağlı planlar barədə danışıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, ilkin olaraq 43, 55, 65 və 75 düym diaqonallı modellərin buraxılışı gözlənilir. Qurğularda proqram platforması kimi “Android” əməliyyat sistemindən istifadə ediləcək.

 

Baş direktorun sözlərinə görə, televizorların hazırlanmasında “OnePlus” şirkətinin əsas prioritetini təsvir və səs keyfiyyəti təşkil edəcək. Panellər kvant piksellər texnologiyası (QLED) üzrə hazırlanan ekranlarla təchiz ediləcək. Təsvir ölçüsü 3840 × 2160 pikselə (4К) bərabər olacaq.

 

İlk “ağıllı” televizorların sentyabrda rəsmən təqdim ediləcəyini deyən “OnePlus” rəhbəri onların smartfonlarla sıx inteqrasiya olunacağnı qeyd edib.

 

“OnePlus” televizorları premium sinfinə aid olacaq. Onların konkret qiyməti hələ ki açıqlanmayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024