12px13px15px17px
Tarix:22/08/19

“Samsung” şirkəti OLED ekranlı ilk televizorlar buraxacaq

“Samsung Electronics” şirkətinin “Samsung Display” törəmə müəssisəsi maye-kristal panellərin istehsalını azaldaraq diqqəti OLED matrisalara yönəltmək niyyətindədir. Bu barədə “Korea Herald” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DGL” resursuna istinadən yazır ki, söhbət özündə üzvi işıq diodları (OLED) və kvant piksellər (QD) texnologiyalarını birləşdirəcək QD-OLED (Quantum Dot OLED) ekranlarından gedir. Texnologiyanın təsvirinə görə, OLED paneli mavi işığı şüalandırır, kvant piksellər isə onu qırmızı və yaşıl işığa çevirir. Belə yanaşma sayəsində eyni anda dəqiq rəngvermə və az enerji sərfiyyatına nail olunur.

 

Bildirilir ki, hazırda bir sıra “Samsung” televizorlarında istifadə edilən “Quantum Dot” texnologiyası yalnız LCD matrisalara (QLED əmtəə nişanı) inteqrasiya olunub.

 

Şirkət QD-OLED panellərinin istehsalına 10 trilyon Koreya vonu (8,3 milyard dollar) investisiya yatırmağı planlaşdırır. Yüksək sinifli məhsul OLED ailəsinə aid texnologiya əsasında ekrana malik ilk “Samsung” televizoru olacaq.

 

Şirkətin OLED ekranları bazarında dünya lideri olamasına və onları mobil qurğularda aktiv istifadə etməsinə baxmayaraq indiyədək bu matrisalarla təchiz edilən televizorlar buraxmayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024