12px13px15px17px
Tarix:18/10/19

Süni intellektli “Google Clips” kamerasının satışı dayandırılıb

“Google” şirkəti süni intellektə malik daşınan “Clips” kamerasının satışını və rəsmi dəstəyini dayandırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, 2017-ci ildə təqdim edilən 249 dollarlıq kamera həvəskar foto və video çəkilişləri üçün nəzərdə tutulub. Onun əsas fərqləndirici cəhəti ailə üzvlərinin sifətini tanımaq və çəkiliş üçün əlverişli məqamları müstəqil seçmək qabiliyyəti olub.

 

Nəzəri baxımdan kameranın imkanları maraqlı görünsə də, praktikada qurğu pis işləyib. Belə ki, qurğunun testi zamanı “The Verge” saytının jurnalisti “Google Clips” kamerasından iki həftə istifadə etdikdən sonra onun heç bir maraqlı video çəkməməsi, 500 videoçarxdan isə təxminən 12 ədədinin diqqətəlayiq olması qənaətinə gəlib. Bundan başqa, qiymətin baha olması kameranın populyarlığına mane olub və bu səbəbdən şirkətin kameranın buraxılışının dayandırılması ilə bağlı qərarı təəccüb doğurmur.

 

Məlumata görə, bu, “Google” tərəfindən həftə ərzində istehsalı dayandırılan ikinci qurğudur. Bir gün əvvəl şirkət “Daydream” virtual reallıq platformasını bağlayıb və “Daydream View” virtual reallıq qarniturlarının satışını dayandırıb. Şirkət nümayəndələrinin sözlərinə görə, üç il əvvəl buraxılan qurğu populyarlıq qazana bilməyib.

 

Nizam Nuriyev





Baxış sayı: 610

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024