12px13px15px17px
Tarix:01/11/19

Alimlər printerdə istənilən formalı displey çap etməyi öyrəniblər

“Advanced Science” jurnalında dərc edilmiş məqalədə Koreyanın Yonsey Universitetində işləyən mühəndislərin ən yeni texnoloji həlli haqqında məlumat verilib. Alimlər tərəfindən hazırlanmış tamamilə yeni “3D” çap texnologiyası istənilən formalı şəffaf OLED displeylər çap etməyə imkan verir. Bundan sonra həmin displeyləri smartfon, kompüter və planşetlərdə istifadə etmək olar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, ən yeni texnoloji həll rəqəmli işıq emalı sistemlərindən istifadəyə əsaslanır.

 

Yeni hazırlama müəlliflərinin sözlərinə görə, onlar öz metodlarını açıq elan ediblər, çünki belə hesab edirlər ki, yenilikdən istifadə elektron qurğuların istehsalını yeni səviyyəyə çıxarmağa və onların qiymətini azaltmağa imkan verəcək.

 

Emil Hüseynov





Baxış sayı: 177

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020