12px13px15px17px
Tarix:02/11/19

“VoloDrone” dronu 200 kiloqramlıq yükləri qaldıracaq

Eksperimental uçan aparatlar sahəsində texnologiyalarla məşhur olan "Volocopter" şirkəti yükdaşımalar üçün nəzərdə tutulan 18 rotorlu "VoloDrone" pilotsuz uçan aparatını nümayiş etdirib.

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, məlumata görə, aparat məsafədən idarə olunur və ya avtonom şəkildə əvvəlcədən verilmiş marşrut üzrə hərəkət edir. O, havaya təkcə yük qutularını deyil, həmçinin sahələrin becərilməsi üçün kənd təsərrüfatı alətlərini və ya xilasedici avadanlığı qaldırır.

Bir müddət əvvəl nümayiş olunan "VoloCity" sərnişin dronu kimi "VoloDrone" aparatının da maksimal yükqaldırma qabiliyyəti 200 kq təşkil edir. Maksimal sürət də dəyişməz qalıb (110km/saat), uçuş məsafəsi isə 40 kilometrədək artırılıb. Dronun diametri 9,2 metr, dayaqlarla hündürlüyü 2,3 m təşkil edir. Müntəzəm uçuşlar zamanı aparatın batareyalarının enerji ilə doldurulmasını gözləməyə ehtiyac yoxdur. Çünki çıxarılabilən batareyaların əvəzlənməsi üçün 5 dəqiqə tələb olunur.

Nizam Nuriyev





Baxış sayı: 1184

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024