12px13px15px17px
Tarix:04/11/19

Çində “5G” şəbəkəsi işə salınıb

Çinin “China Mobile”, “China Telecom” və “China Unicom” dövlət mobil rabitə operatorları noyabrın 1-dən ölkənin bir sıra şəhərlərində, o cümlədən Pekin, Şanxay və Şençjendə beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) istifadəyə verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, beşinci nəsil mobil rabitə şəbəkəsinin üstünlüklərindən istifadə etmək üçün abunəçilər “5G” şəbəkəsini dəstəkləyən smartfona malik olmalı, eləcə də “5G” şəbəkəsi vasitəsilə internetə çıxış üçün tarif planlarından birinə keçməlidirlər. Bu tariflərin ən ucuzuna aylıq 30 giqabaytlıq trafik paketi daxildir. Bu tarif üzrə aylıq abunə haqqı isə 18 dollar təşkil edir.

 

Bildirilir ki, hazırda satışda “5G” modulu ilə təchiz edilən smartfonlar az olsa da, onların sayı durmadan artır. Belə ki, bu yaxınlarda “Xiaomi” şirkəti 2020-ci ildə “5G” dəstəkli 10 smartfon buraxacağını açıqlayıb.

 

Bu ilin yazında “5G” şəbəkələri ilk dəfə olaraq Cənubi Koreya və ABŞ-ın bir sıra şəhərlərində kommersiya istifadəsinə verilib. Çin hökuməti şəbəkəni əvvəlcə 2020-ci ilin əvvəlində istifadəyə verməyi planlaşdırsa da, proses ABŞ hakimiyyəti tərəfindən “5G” texnologiyalarının hazırlanması sahəsində dünya liderlərindən olan “Huawei” şirkətinə təzyiqlərə görə sürətləndirilib.

 

“Bernstein” şirkətinin hesabatına görə, bir sıra ölkələrin “5G” rabitəsini daha əvvəl istifadəyə verməsinə baxmayaraq Çin fəaliyyət göstərən dünyanın ən böyük “5G” kommersiya şəbəkəsinə malik olacaq. Proqnozlara görə, 2020-ci ilin sonunadək Çində “5G” abunəçilərinin sayı 120 milyon təşkil edəcək, 2021-ci ilin sonunda isə bu göstərici 465 milyona çatacaq.

 

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 190

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.