12px13px15px17px
Tarix:05/11/19

“Microsoft” informasiyanı minilliklər ərzində saxlaya bilən yeni "disket”lər təqdim edib

Məlumat həcminin artması ilə əlaqədar daşıyıcıların etibarlılığına olan tələblər də dəyişir. “Microsoft” sərt disklərə qeyri-adi alternativ elan edib: şirkət ənənəvi texnologiyanın əvəzinə, şüşə plastinlər və lazerdən istifadəni təklif edib. Bu üsulla yazılmış informasiya minilliklər ərzində saxlanıla bilər. Sözügedən texnologiyanın iş prinsipi videoçarx formatında nümayiş etdirilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, proqram nəhənginin “Project Silica” adlı yeni həlli məlumatların lazerin köməyi ilə çox möhkəm kvars şüşəsinə çoxqatlı yazılmasını nəzərdə tutur. Bu proses məlumatların köhnə vinil plastinkalarına yazılması üsulunu  xatırladır, amma texniki cəhətdən reallaşdırılması daha mürəkkəbdir.
 
“Microsoft”un əməkdaşları texnologiyanın işini nümayiş etdirmək üçün "Supermen" filmini (1978-ci il) 75x75x2 mm ölçüsündə olan daşıyıcıya yazıblar. Sınaqda məzmun təchizatçısı kimi iştirak etmiş “Warner Brothers” şirkəti yeni texnoloji həllin gələcəyinə ümid bəslədiyini bildirib. “Microsoft”un yeni texnologiyası məlumatların saxlanılması texnologiyasını ucuzlaşdıra bilər, həm də informasiya min illərlə saxlanılacaq.
 
 
Emil Hüseynov






Baxış sayı: 677

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024