12px13px15px17px
Tarix:06/11/19

Britaniyada dronların məcburi qeydiyyatı tətbiq edilib

Böyük Britaniyanın Mülki Aviasiya İdarəsi dron istifadəçilərindən 25 gün ərzində öz qurğularını qeydiyyatdan keçirmələrini tələb edib. Bundan başqa, onlar təhlükəsizlik üzrə xüsusi onlayn-kurs keçməli, daha sonra imtahan verməlidirlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, qeydiyyatın dəyəri 9 funt-sterlinqdir. Kursu bitirdikdən sonra verilmiş unikal kodu pilotsuz təyyarəyə əlavə etmək lazımdır ki, onu tapmaq mümkün olsun.

 

Dronların qeydiyyatından başqa onu idarə edən hər bir şəxs nəzəri testdən keçməli və pilot sertifikatı almalıdır. Dron istifadəçisinin yaşı 18-dən yuxarı olmalıdır və o, qeydiyyatdan keçirilmiş dronu idarə edən istənilən digər şəxsin, həmçinin pilot sertifikatına malik olmasına məsuliyyət daşıyır.

 

Çəkisi 250 qr-dan çox olan pilotsuz təyyarələr üçün qeydiyyat proseduru məcburidir və 30 noyabr 2019-cu il tarixinədək tamamlanmalıdır. Qeydiyyata alınmayan pilotsuz təyyarənin sahibinə 1000 funt-sterlinqədək cərimə tətbiq edilə bilər.

 

Emil Hüseynov





Baxış sayı: 105

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2019

17 11 2019