12px13px15px17px
Tarix:08/11/19

“LG” şirkəti qabaqcıl planşetini təqdim edib

“LG Electronics” şirkəti “G Pad 5” qabaqcıl planşet kompüterini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni planşet 1920x1200 piksel təsvir ölçülü (WXGA) 10,1 düymlük IPS displey, “Qualcomm Snapdragon 821” dördnüvəli prosessoru, “Adreno 530” qrafik sürətləndiricisi, 32 QB daxili yaddaş (“microSD” daşıyıcılarının köməyi ilə 512 QB-dək artırıla bilər) və 4 QB əməli yaddaşla təchiz edilib.

 

Aparat 8 və 5 meqapiksellik kameralarla (birinci kamera avtofokusa malikdir), LTE, “Wi-Fi 802.11 ac”, “Bluetooth 4.2 LE” və GPS simsiz rabitə modullarına malikdir.

 

Planşetin ölçüləri 247,2x150,7x8 mm, çəkisi 489 qr-dır. Cihaz “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. “Quick Charge 3.0” sürətli enerji doldurma texnologiyasını dəstəkləyən akkumulyator batareyasının tutumu 8200 milliamper/saatdır. Planşetin kənar hissəsində barmaq izləri skaneri quraşdırılıb.

 

Cənubi Koreyada satışa çıxarılacaq “LG G Pad 5” planşetinin qiyməti 380 dollardır.

 

Emil Hüseynov





Baxış sayı: 1465

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024