12px13px15px17px
Tarix:26/11/19

“AzInTelecom” İT xidmət idarəetməsi sistemi üzrə “ISO”-nun yeni sertifikatına layiq görülüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “ISO/IEC 20000-1:2018” informasiya texnologiyaları xidmətinin idarə olunması sistemi standartına layiq görülüb.
 
Norveçin sertifikatlaşdırma xidmətləri göstərən “DNV GL” şirkəti tərəfindən yenidən həyata keçirilən müstəqil auditin nəticələrinə görə, şirkətin fəaliyyətinin 2018-ci ilin yeni standartlarına uyğun olduğu bəyan edilib.
 
Qeyd edək ki, “AzInTelecom” ilk dəfə 2016-cı ildə “ISO/IEC 20000-1:2011” uyğunluq sertifikatı əldə edib. Bu isə öz növbəsində, qısa zaman ərzində dünyada gedən proseslər və trendlər ilə uyğunlaşmanın göstəricisidir.
 
Sözügedən sertifikat Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki (VoIP) və Data Mərkəzi nəzdində “Azcloud” bulud provayderi xidmətlərinin təşkili üzrə xidmət səviyyəsinin uyğunluq standartıdır.
 
“ISO/IEC 20000-1:2018” sertifikatının əldə edilməsi daxili proseslərin təhlükəsizliyinin, düzgün idarə olunmasının və daima təkmilləşdiyinin göstəricisidir. Sertifikat özlüyündə davamlı təkmilləşdirmə mədəniyyəti formalaşdırır ki, bu da İT xidmət sistemlərinin keyfiyyətinin artması ilə nəticələnir. Ən əsası isə bu standart xidmətlərin idarə olunmasına struktur yanaşma sayəsində inam yaranmasını təmin edir.
 
Qeyd edək ki, “AzInTelecom” MMC daha əvvəl beynəlxalq təşkilatlar tərəfindən “ISO 20000” və “TIER III” standartlarına uyğunluq sertifikatlarına da layiq görülüb.
 





Baxış sayı: 9127

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024