12px13px15px17px
Tarix:03/12/19

Prezident İlham Əliyev İranın Rabitə və İnformasiya Texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev dedi:
 
– Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam. Şadam ki, İran sərgidə yüksək səviyyədə - nazir səviyyəsində iştirak edir. Keçən dəfə də sərgi günlərində sizinlə görüşmüşəm. Əminəm ki, bütün sahələrdə olduğu kimi, rəhbərlik etdiyiniz sahədə də əməkdaşlığımızın gələcəyi çox yaxşı olacaq.
 
Bildiyiniz kimi, oktyabrın sonunda Prezident Ruhani ilə mənim görüşüm olub. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Son bir neçə il ərzində 10-dan çox görüş oldu. Onların hamısı da çox məhsuldar idi. Bir çox məsələlər öz həllini tapdı. Şadam ki, əldə edilmiş razılaşmalar həyatda öz əksini tapır.
 
Bu gün bizim Baş Nazirin müavini Şahin Mustafayev İranda səfərdədir və gələcək əməkdaşlıq haqqında danışıqlar aparacaq. Əlbəttə, baxmayaraq ki, bir çox məsələlər artıq reallaşıb, yenə də həllini gözləyən məsələlər var. Əminəm ki, onlar da öz həllini tapacaq. Son illərdə, xüsusilə nəqliyyat, energetika, ticarət sahələrində çox yaxşı nəticələr əldə etdik. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu da tarixi nailiyyətdir. Bir sözlə, ikitərəfli gündəlik kifayət qədər genişdir. Bu il ikitərəfli əlaqələr üçün çox məhsuldar il olmuşdur. Əminəm ki, 2020-ci il də əməkdaşlıq üçün uğurlu olacaq. Bir daha xoş gəlmisiniz.
 
x x x
 
İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Nazir Məhəmməd Cavad Azəri Cəhromi dedi:
 
– Allahın adı ilə. Mən çox şadam ki, bu il yenidən bu sərgi çərçivəsində, Azərbaycana səfərim çərçivəsində Sizinlə görüşürəm. Bizə vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Bu günlərdə bizim ölkədə büdcə müzakirələri gedir. Mən səhər-axşam büdcə müzakirələrində, iclaslarda iştirak edirəm. Dünən axşam cənab Prezident doktor Ruhani ilə danışırdım. Ona dedim ki, mən Azərbaycana səfər edirəm və Sizə xüsusi salamlarını çatdırdı. Cənab Şahin Mustafayev ilə də biz dünən axşam aeroportda görüşdük və on dəqiqəlik söhbətləşdik, müzakirələr apardıq.
 
x x x
 
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.



Baxış sayı: 2102

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 Aprel 2020

02 04 2020

02/04/20
Simsiz enerjidoldurma funksiyasına malik smartfonların bazar payı artır

“Omdia” şirkətinin analitikləri simsiz enerjidoldurma funksiyasına malik smartfonlar kateqoriyasında artı

02/04/20
“Huawei” şirkəti “Google” servislərindən istifadə üsulunu açıqlayıb

“Huawei” şirkəti ABŞ sanksiyaları şəraitində öz smartfonlarında “Google” servislərindən istifadə üsulunu

02/04/20
Çirkab sularındakı civəni təmizləyə bilən mikrorobotlar təqdim edilib

Tozcuqdan istifadə nəticəsində hazırlanmış kiçik robotlar çirkab sularının təmizlənməsində istifadə edilə

02/04/20
Minlərlə “Microsoft” serveri virusa yoluxdurulub

Hakerlər hər gün 3 minədək “Microsoft” serverini virusa yoluxdura biliblər. Onların minə yaxını isə indiy

02/04/20
Koronavirusdan qorunmaq üçün respiratorlar “3D” printerlə çap ediləcək

Çexiyanın İnformatika, Robotexnika və Kibernetika İnstitutunun mütəxəssislərinin hazırladığı çoxdəfəli re

02/04/20
“Microsoft Edge” brauzeri populyarlaşır

“NetMarketShare” analitik resursu 2020-ci ilin martın sonuna müxtəlif brauzerlərin bazar payı haqqında st

02/04/20
“HUAWEI” sürətli enerjidoldurma funksiyasına malik “ağıllı” uzadıcı elan edib

“HUAWEI” şirkəti “Əşyalar interneti” kateqoriyasında “HiLink Zhengtai Smart Power Strip” adlı yeni

02/04/20
Sosial şəbəkə istifadəçiləri problemlərlə üzləşiblər

Bir sıra ölkələrin “Facebook”, “WhatsApp” və “Instagram” istifadəçiləri sosial şəbəkələrin fəali

02/04/20
Ən yaxşı selfi çəkən smartfon məlum olub

“DxOMark” xidmətinin versiyasına görə, yeni “HUAWEI P40 Pro” ən yaxşı kamerofondur. Sözügedən