12px13px15px17px
Tarix:09/12/19

“Apple” şirkəti 2020-ci ildə beş yeni “iPhone” modeli təqdim edə bilər

"Apple" korporasiyası gələn il eyni vaxtda beş yeni nəsil "iPhone" modelini təqdim edə bilər. Bu haqda "TF Securities" şirkətinin analitiki Minq-Çi Kuonun hesabatına istinadən "Macrumors" portalı yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, ABŞ korporasiyasının 6,7 düymlük diaqonallı ekrana malik üçkameralı smartfon təqdim edəcəyi gözlənilir. Üçkameralı daha bir aparat 6,1 düymdən böyük olmayan ekranla təchiz ediləcək.

 

İkikameralı yeni cihazın displeyi, həmçinin eyni diaqonala malik olacaq. Daha bir ikikameralı "iPhone" modeli 5,4 düymlük diaqonala malik ekranla təchiz ediləcək. Nəhayət, yeni istehsal xətti üzrə ən kiçik smartfon 4,7 düym diaqonallı ekrana malik olacaq.

 

Analitikin fikrincə, sonuncu cihaz 4 düymlük diaqonallı ekranla təchiz edilmiş "iPhone SE" qurğusunu əvəz etmək üçün nəzərdə tutulub və "iPhone SE2" adlandırıla bilər. Bu smartfon daha güclü "A13" prosessoru ilə təchiz ediləcək.

 

Emil Hüseynov





Baxış sayı: 914

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024