12px13px15px17px
Tarix:13/12/19

“Apple” şəkillərin keyfiyyətini yüksəltmək üçün startapı satın alıb

ABŞ-ın “Apple” korporasiyası Britaniyanın “Spectral Edge” startapını satın alıb. Startap tərəfindən hazırlanmış texnologiya ABŞ şirkətinin smartfonları ilə çəkilən şəkillərin keyfiyyətini yüksəltməyə imkan verəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, satınalma haqqında “Bloomberg” nəşri məlumat verib. “Spectral Edge” startapı Şərqi İngiltərə Universitetinin tədqiqatçılar qrupu tərəfindən təsis edilib. Onlar şəkillərin keyfiyyətini yüksəltməyə imkan verən texnologiya hazırlayıblar.

 

Hələ 2016-cı ildə “TechCrunch” nəşri tərəfindən “Spectral Edge” haqqında məqalədə dərc edilmiş iki fotoşəkilə əsasən demək olar ki, texnologiya şəklin dinamik diapazonunu və rənglərin dolğunluğunu artırmağa kömək edir.

 

Emil Hüseynov





Baxış sayı: 872

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024