12px13px15px17px
Tarix:21/01/20

“Qualcomm” sürətli işləyən ucuz smartfonlar üçün yeni çiplərini təqdim edib

ABŞ-ın "Qualcomm" şirkəti Hindistanda keçirilmiş təqdimatda orta seqment smartfonlar üçün nəzərdə tutulmuş "Snapdragon" çiplərini ("Snapdragon 460", "Snapdragon 662" və "Snapdragon 720G" prosessorları) təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, təqdim edilmiş yeniliklər arasında ən qabaqcıl çip 8 nanometr texnoloji proses üzrə hazırlanmış "720G" çipidir. Prosessorun adındakı G hərfi ona işarə edir ki, bu prosessor qeymerlər üçün məhsuldar, amma ucuz qurğular hazırlamağa imkan verəcək.

 

2,3 QHs takt tezlikli 8 nüvəli çip 10 bitlik HDR texnologiyasına malik FullHD formatlı displeyləri dəstəkləyir və 4K formatında olan videoları yazır və oxudur. Neyroşəbəkə hesablamaları üçün "Hexagon 692" soprosessoru, rabitə üçün isə 800 Mbit/s-dək buraxılış qabiliyyətini təmin edən "X15" sürətli "4G" modemi nəzərdə tutulub.

 

Hər üç çip "Wi-Fi 6", qabaqcıl səs imkanlarına malik "Bluetooth 5.1" standartlarını dəstəkləyir.

 

Emil Hüseynov





Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024