12px13px15px17px
Tarix:29/01/20

“Apple” rekord mənfəət qazanıb

ABŞ-ın “Apple Inc.” korporasiyası ən yüksək rüblük mənfəət əldə etməsi haqqında məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, dekabrın 28-də bitmiş 2020-ci maliyyə ilinin birinci rübündə gəlir 91,8 milyard dollar təşkil edib ki, bu da ötən ildən 9% çoxdur. Şirkətin xalis mənfəəti 22,2 milyard dollar təşkil edib.

 

“Apple”ın baş direktoru Tim Kuk deyib ki, şirkətin uğuru “iPhone 11” və “iPhone 11 Pro” smartfonlarına olan yüksək tələbat, həmçinin daşınan qurğular və xidmətlərlə əlaqədardır.

 

Məlumata görə, gəlirin böyük hissəsi (61%) beynəlxalq satışların payına düşür.

 

Emil Hüseynov





Baxış sayı: 631

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024