12px13px15px17px
Tarix:26/02/20

Yeni optik rabitə texnologiyası “5G” protokolu üzrə məlumatların ötürülmə sürətini iki dəfə artıracaq

Koreyalı alimlər tərəfindən təqdim edilmiş yeni optik rabitə texnologiyası "5G" protokolu üzrə məlumatların ötürülmə sürətini iki dəfə artıracaq. Məsələn, sistem 100 QB tutuma malik 4K formatında videonu təxminən 4 saniyə ərzində ötürməyə imkan verəcək. Koreyanın Elektronika və Telekommunikasiyalar Elmi Tədqiqat İnstitutunun alimlərinin araşdırmasına görə, yeni texnologiya "5G" şəbəkələrində məlumat trafikinin yüklənməsi problemini həll etməyə imkan verəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, yeni sistem məlumat ötürmə sürəti təxminən 200 Qbit/s olan yığcam optik qurğu formasında hazırlanıb. Qurğu bir iterasiya üçün iki bit məlumat göndərir və rabitə qovşaqları arasındakı məlumatları başqa lokal şəbəkələrə 80 km-dək məsafədə effektiv şəkildə ötürməyə imkan verir.

 

Emil Hüseynov





Baxış sayı: 560

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024