12px13px15px17px
Tarix:26/02/20

Kassasız və növbəsiz ilk supermarket istifadəyə verilib

ABŞ-da “Amazon” şirkətinin ilk tamamilə avtomatlaşdırılmış supermarketinin rəsmi açılışı olub. Kassa aparatı və növbə yoxdur.

 

Bu həftə Siyetldə yeni formatda ilk ərzaq marketi (“Amazon Go Grocery”) istifadəyə verilib. Ümumi sahəsi 715 kv.metr olan ticarət zallarında alıcılara ət, meyvə, şirniyyat məhsulları daxil olmaqla 5 mindən çox məhsul təklif edilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Amazon”un ticarət nöqtəsinin əsas özəlliyi kompüter görmə texnologiyaları, dərin öyrənmə alqoritmləri və bir çox müxtəlif datçiklərdən ibarət mürəkkəb sistemdir. “Amazon Go Grocery” supermarketinə daxil olmuş alıcı mobil proqram vasitəsilə QR kodu skan etməli, məhsulları səbətə yığmalı və çıxmalıdır. Ödəniş avtomatik olaraq həyata keçəcək.

 

İnnovativ mağazanın tavanına real vaxt rejimində alıcının nəyi və nə qədər götürməsini qeydə alan yüzlərlə kamera quraşdırılıb. Sistem rəfə qaytarılmış məhsulları nəzərə almır.

 

Yeganə istisna spirtli içkilər bölməsidir. Bu bölmədə alıcıdan şəxsiyyət vəsiqəsini təqdim etməyi tələb edən işçi var.

 

Emil Hüseynov





Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024