12px13px15px17px
Tarix:27/02/20

“LG V60 ThinQ 5G” smartfonu təqdim edilib

"MWC 2020" sərgisini buraxmalı olan "LG" şirkəti "LG V60 ThinQ 5G" adlı qabaqcıl smartfonunu Cənubi Koreyada təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "LG V60 ThinQ 5G" aparatında Full HD təsvir ölçülü ekranın diaqonalı 6,8 düym təşkil edir. Smartfon "Snapdragon 865" qabaqcıl prosessoru, 8 QB əməli və 128 QB daxili yaddaşla ("microSD" kartının köməyilə yaddaşı 2TB-dək artırmaq mümkündür) təchiz edilib. "IP68" standartı üzrə su və tozdan qorunmuş model yeni "Wi-Fi 6" simsiz standartını dəstəkləyir.

 

Qabaqcıl qurğu rəqəmli analoq çevirici, stereodinamika və 4 mikrofonla təchiz edilib. İstehsalçının bəyanatına görə, "LG 3D Sound" texnologiyasının dəstəyi sayəsində aparat yüksək və tutumlu səslənməni təmin edir. Cihaza "Quick Charge 4 " sürətli enerji doldurma funksiyasına malik 5000 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb.

 

Smartfonun əsas kamera modulu 3 sensordan ibarətdir: 64 meqapiksellik, 13 meqapiksellik köməkçi və ToF datçik. Ön kameranın təsvir ölçüsü 10 mp-dir.

 

Cihazı blokdan çıxartmaq üçün ekranın alt hissəsinə quraşdırılmış barmaq izləri skanerindən istifadə olunur.

 

Emil Hüseynov





Baxış sayı: 770

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024