12px13px15px17px
Tarix:16/03/20

Şirkətlərin məlumat sızmasından itkiləri hesablanıb

“Dell Technologies” informasiya texnologiyaları korporasiyası tədqiqat apararaq məlumat sızmasının şirkətlərə orta hesabla 1 milyon dollar ziyan vurmasını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin məlumatına görə, hazırda bir təşkilat üçün məlumat payı təqribən 13,53 petabayt təşkil edir ki, bu da 2016-cı illə müqayisədə 831 faiz çoxdur və 2019-cu ilin göstəricisini 40 faiz üstələyir. Bununla yanaşı, rəyi soruşulan İT mütəxəsisslərinin 81 faizi məlumatların mühafizəsi ilə bağlı ciddi problemlərin mövcudluğunu etiraf edib.
Bundan başqa, 15 ölkədə keçirilən sorğu iştirakçılarının 85 faizi məlumatların mühafizəsi üçün həll tədarükçüləri tərəfindən “bulud” əlavələrinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib. Lakin respondentlərin 71 faizinin fikrincə, müasir texnologiyalar məlumatların mühafizəsi üçün böyük çətinliklər yaradır.

Sistemdə yaranan nasazlıqlardan sonra bərpanın qiyməti də sürətlə bahalaşır. 2018-2019-cu illərdə boşdayanmanın orta qiymətinin 54 faiz artması nəticəsində 2019-cu ildə qiymətləndirmə dəyəri 2018-ci ilədki 526 845 dollardan 810 018 dollaradək artıb. Bu müddət ərzində məlumat sızmasının qiymətləndirmə dəyəri də 995 613 dollardan 1 milyon dollaradək yüksəlib. Bu qiymət bir məlumat mühafizəsi provayderindən istifadə edən təşkilatlar üçün çox yüksəkdir. Belə ki, boşdayanmanın orta qiyməti iki dəfə, məlumat sızmasının qiyməti isə beş dəfə bahadır.

Nizam Nuriyev





Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024