12px13px15px17px
Tarix:17/03/20

Ən ucuz qabaqcıl “Xiaomi” smartfonu məlum olub

“Xiaomi Redmi K30 Pro” dünyada ən ucuz qabaqcıl smartfon olacaq. Bu barədə Hindistan insayderlərinin “Twitter” səhifəsində deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, analitik İşan Aqarvalın sözlərinə görə, növbəti qabaqcıl “Redmi” modeli bazarın ən güclülərindən olan “Qualcomm Snapdragon 865” prosessoru ilə təchiz ediləcək. Onun fikrincə, brendin ucuzluğu sayəsində “Xiaomi Redmi K30 Pro” bazarda “Qualcomm” çipinə malik ən ucuz smartfon olacaq.

 

İnsayderin sözlərinə görə, qurğunun qiymətinin ucuz saxlanılması üçün istehsalçı digər komplekt hissələrinə qənaət edəcək. “Digər komponentlərdə, xüsusilə kamerada yaxşı texniki xüsusiyyətlər gözləməyə dəyməz”, - İ.Aqarval qeyd edib.

 

Bir müddət əvvəl Çinin “MyDrivers” portalının verdiyi məlumata görə, “Xiaomi Redmi K30 Pro” martın sonunda nümayiş olunacaq. Qurğu qabaqcıl prosessorla yanaşı, “LPDDR5” standartlı operativ yaddaş, quraşdırılmış “UFS 3.0” toplayıcısı və 33 vatt gücündə sürətli enerjidoldurma funksiyası ilə təchiz olunacaq.

 

Qeyd edək ki, “Xiaomi” şirkəti martın əvvəlində yeni nəsil “Redmi Note 9” smartfonlarını təqdim edib. Smartfonlar seriyasına rekord 5020 milliamper/saat tutumlu batareyalarla təchiz edilən “Redmi Note 9” və “Redmi Note 9 Pro” modelləri daxil olub.

 

Nizam Nuriyev





Baxış sayı: 573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024