12px13px15px17px
Tarix:08/04/20

“Microsoft” dünyada ən təhlükəli domeni satın alıb

"Microsoft" şirkəti dünyada ən təhlükəli hesab edilən "corp.com" domenini satın alıb. "Windows" əməliyyat sisteminin istehsalçısı hakerlərə şirkətin səhvlərindən istifadə etməyə imkan verməmək üçün bu domeni satın almalı olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, "corp.com" domeninin ilk sahibi iş adamı Mayk O'Konnor olub. 1990-cı illərin ortalarında investor "Go-fast.net" internet-provayderini təsis edib, "bar.com", "pub.com" və "place.com" kimi sayt adlarını qeydiyyatdan keçirib. O'Konnorun sözlərinə görə, bu domen adları sonralar olduqca baha məbləğə satılıb, ancaq o, 26 il ərzində "corp.com" domenini satmaq istəmirdi.

 

"corp.com" domen adı zərərsiz görünə bilər, ancaq reallıqda korporativ məlumatların itkisinə səbəb ola bilər. Bütün məsələ "Windows"un erkən versiyalarının (məsələn, "Windows 2000 Server") işləmə özəllikləri ilə bağlıdır, belə ki, eyni daxili şəbəkəyə qoşulmuş kompüterlərin yoxlanması üçün "Active Directory" xidmətindən istifadə olunur. Başlanğıc ayar kimi bu xidmət "corp.com" domeninə müraciət edir, kompüter lokal şəbəkədə olduqda bu, heç bir təhlükə yaratmır. Yox, əgər kompüter internetə qoşulubsa, onda "Active Directory" kənar serverə (corp.com) qoşulur və məxfi məlumatları ora göndərir.

 

Emil Hüseynov





Baxış sayı: 261

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020