12px13px15px17px
Tarix:28/04/20

NRYTN-in dəstəyi ilə tibb müəssisələrində videokonfrans sistemi qurulub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bir sıra tibb müəssisələrində "Cisco Webex Video" platforması üzərindən videokonfrans sistemi qurub.
 
Sistemin qurulmasında məqsəd Nazirlər Kabineti yanında Operativ Qərargah, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri və tibb müəssisələrinin baş həkimləri ilə birgə koronavirusla bağlı mövcud vəziyyətin müzakirəsində, iş prosesində yaranan problem və təkliflərlə bağlı fikir mübadiləsinin aparılmasında, eyni zamanda ağır koronavirus xəstələrinin müalicəsi istiqamətində təcrübələrin bölüşülməsində virtual ünsiyyətin təmin edilməsidir.
 
Koronavirusla mübarizəyə ayrılmış tibb müəssisələri ilə virtual görüş və müşavirələr bu sistem vasitəsi ilə aparılır.
 
Hazırda videokonfrans sistemi Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinika, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Tədris Cərrahiyyə Klinikaları, M. Ə. Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası, 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası, Quba, Balakən, Şəki, Qobustan, Ağdaş, Goranboy, Şəmkir, Qazax, Ağcabədi, Sabirabad, İmişli, Astara, Masallı, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala, Saatlı, Şirvan və Cəbrayıl rayon Mərkəzi xəstəxanaları, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanası və Lənkəran Müalicə Diaqnostika Mərkəzində qurulub.
 
Sistemin respublikanın digər rayon mərkəzi xəstəxanaları və müalicə diaqnostika mərkəzlərində qurulması üzrə işlər davam etdirilir.





Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020