12px13px15px17px
Tarix:07/05/20

Pandemiya şəraitində internet trafikin həcmi üç dəfə artıb

“COVID-19” pandemiyası həyatımızı köklü şəkildə dəyişdirdi. Bu dəyişikliklər bütün dünyaya öz təsirini göstərib və eyni zamanda "rəqəmli fərq" daha açıq-aydın görsəndi, çünki indiyədək dünyada 3,6 milyard nəfər internetə çıxışa malik deyil.

 

“ICTnews” Elektron Xəbər Xidməti “news.un.org” saytına istinadən yazır ki, bu haqda Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) aparıcı ekspertləri koronavirus pandemiyasının nəticələri ilə bağlı jurnalistlər üçün onlayn-brifinqdə bildiriblər.

 

"Biz uzun müddətdir rəqəmli cəmiyyətdə yaşayırıq, ancaq heç vaxt düşünə bilməzdik ki, bizi evdə oturmağa və bir-birimizlə ünsiyyət qurmaq, iş və biznesin idarə edilməsi üçün rəqəmli texnologiyalardan istifadə etməyə məcbur edəcəklər. Bu, tamamilə yeni bir şeydir” – BTİ-nin baş katibi Houlin Çjao deyib.

 

"Həmçinin etiraf etməliyik ki, indiki şəraitdə İKT xidmətlərini və şəbəkələrini idarə etmək o qədər də asan məsələ deyil. Heç kim internetdə trafikin həcminin 3 dəfə artacağını təsəvvür edə bilməzdi" – Çjao deyib.

 

Əvvəllər genişzolaqlı rabitə əsasən şəhər ofislərində istifadə olunurdu, indi isə şəhərətrafı və kənd yerlərində ona böyük tələbat var, çünki indi sakinlər evi tərk etmədən təhsil alır və işləyirlər. Çjaonun sözlərinə görə, bu, böyük problemlər yaradır.

 

Emil Hüseynov





Baxış sayı: 2241

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 İyul 2020

11 07 2020

11/07/20
“Xiaomi Mi Band 4” dünyada ən populyar fitnes bilərzikdir

Çinin “Xiaomi” şirkətinin rəsmi “Twitter” hesabında “Mi Band 4” fitnes trekerinin daşınan qurğular kateqori

11/07/20
“iPhone 12” smartfonunun qiyməti məlum olub

Yeni “iPhone” modelləri aktual nəsil “Apple” smartfonlarından daha bahalı olacaq

11/07/20
Dünyada ən populyar zərərli proqram təminatları bəlli olub

Bu ilin iyununda kibercinayətkarlar spam məktublar vasitəsilə bir çox hallarda qurbanların

11/07/20
Azərbaycan nümayəndəsi növbəti dövr üzrə ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının sədr müavini seçildi

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) Şurasının iclasları “COVİD-