12px13px15px17px
Tarix:18/05/20

“YouTube”da videoların təsvir ölçüsü ilə bağlı meyarlar dəyişib

“YouTube” servisində 720p təsvir ölçülü videonun “HD” (High Definition) formatlı kimi qeyd ediməsi dayandırılıb. Artıq “HD” kimi 1080p və ya daha yüksək təsvir ölçüsü qeyd olunur, daha aşağı keyfiyyət səviyyəsi isə “SD” (Standard Definition) formatı kimi təsnifləşdirilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, beləliklə, populyar videohostinqdə 360p, 480p və 720p təsvir ölçüsü “SD” kimi təsnif edilir, 1080p isə “HD”yə aid olunur. Dəyişikliklərin səbəbi aydın deyil, çünki uzun illər 1280 × 720 piksel təsvir ölçülü videoçarxlar “HD”yə aid olduğu halda 1920 × 1080 təsvir ölçülü video “Full HD” formatına uyğun olub.

 

Həmçinin qeyd olunur ki, orta sürətli internet bağlantısında videoçarxlar 720p formatı mümkün olduğu halda avtomatik bu təsvir ölçüsündə göstərilir. Əvvəllər “YouTube”da 480p və daha aşağı təsvir ölçülü videolar avtomatik göstərilib. Hazırda isə internet bağlantısının sürəti əsas meyara çevrilir. Aşağı sürətli bağlantı zamanı video 720p və daha aşağı təsvir ölçüsündə avtomatik göstəriləcək. Sürət yüksək olanda isə “YouTube”da videoçarxlar 1080p və daha yüksək təsvir ölçüsündə göstərilməyə başlayacaq.

 

“YouTube”da videoçarxların keyfiyyətinin təsnifatının dəyişdirilməsinin səbəbi barədə məlumat verilmir. Servisin nümayəndələri tərəfindən məsələyə hələ ki münasibət bildirilməyib.

 

Nizam Nuriyev





Baxış sayı: 529

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 İyun 2020

06 06 2020

06/06/20
“Facebook”da bütün mediakontentin “Google Photo” xidmətinə daşınması imkanı əlçatan olub

“Facebook” sosial şəbəkəsində foto və videoların “Google Photo” “bulud” xidmətinə köçürülməs

06/06/20
Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər

Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq 

06/06/20
“Motorola” iki yeni ucuz smartfonunu təqdim edib

“Motorola” şirkəti başlanğıc səviyyəli iki yeni smartfonunu təqdim edib