12px13px15px17px
Tarix:19/05/20

“Honor X1 Smart TV” seriyası təqdim edilib

“Huawei” şirkətinə məxsus “Honor” brendi Çində “Honor X1 Smart TV” seriyalı televizorlar təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “İXBT” resursuna istinadən yazır ki, 50, 55 və 65 düym diaqonallı modellər seriyası “4K” (3840 х 2160 piksel) təsvir ölçülü ekran və nazik çərçivə ilə təchiz edilib. Ekran sahəsinin bütün ön panelin sahəsinə nisbəti 94 faiz təşkil edir.

 

İstehsalçı nümayəndələrinin sözlərinə görə, “Honor X1 Smart TV” daha yaxşı səs və görüntü təklif edir. Məsələn, “DCI-P3” rəng sahəsinin 92 faizi əhatə olunur, görüntünün yaxşılaşdırılması üçün süni intellekt əsaslı sistem mövcuddur, ekranda görüntünü daha rəvan, təsvirin detallarını isə daha dəqiq göstərən dinamik görüntü keyfiyyətini kompensasiya edən “MEMC” texnologiyasından istifadə olunur.

 

Televizorlar 10 vatt gücündə dörd dinamiklə təchiz olunub. Səsi 31 seqmentli ekvalayzer vasitəsilə tənzimləmək mümkündür. Həmçinin “Huawei Histen” səsin yaxşılaşdırılması texnologiyası dəstəklənir.

 

“Honor X1 Smart TV” seriyalı televizorların əsasını ötənilki “Honor Smart Screen” qurğularında olduğu kimi, “Honghu 818” platforması, 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Televizorlar saniyədə 30 kadr olmaqla “4K” ilə yanaşı, “8K” formatını dekodlaşdırma imkanına malikdir.

 

Proqram platforması rolunda “Hongmeng OS 1.0” (HarmonyOS) çıxış edir.

 

“Honor X1 Smart TV” televizorlarının 55 düymlük versiyasının ilkin satış qiyməti 323 dollar, 65 düymlüyün isə 464 dollar təşkil edir. 50 düymlük modelin qiyməti hələ ki açıqlanmayıb. Çində satışlara mayın 25-dən etibarən başlamaq nəzərdə tutulur.

 

Qeyd edək ki, ilk “ağıllı” “Honor” televizorları 2019-cu ildə işıq üzü görüb.

 

Nizam Nuriyev





Baxış sayı: 504

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024