12px13px15px17px
Tarix:20/05/20

“PCIe 4.0” interfeysindən istifadəni təmin edən “SD 8.0” spesifikasiyası qəbul edilib

"SD Association" təşkilatı "SD Express" yaddaş kartlarında 4 Qbit/saniyə maksimal məlumat ötürmə sürətini təmin edən "PCIe 4.0" interfeysindən istifadənin yer aldığı "SD 8.0" spesifikasiyasını təqdim edib. Bu tamölçülü kartlar tərəfindən yaddaşa daxil olmaq üçün genişləndirilmiş mexanizm təqdim edən yüksək səviyyəli "NVMe" protokolundan istifadə davam etdirilir. Əvvəlki kartlar kimi, "SD 8.0" spesifikasiyasına uyğun "SD Express" yaddaş kartları əks-uyğunluğu qoruyub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "İXBT" resursuna istinadən yazır ki, yüksəksürətli "SD Express" kartları iritutumlu məlumatların generasiya edildiyi yaddaş kartlarının tətbiq olunduğu müxtəlif sahələrdə yeni imkanlar açır.

 

"SD Express" müvafiq olaraq "PCI-SIG" və "NVM Express" tərəfindən müəyyənləşdirilən məlum "PCIe 4.0" və ən yeni "NVMe" spesifikasiyalarından (1.4-dək) istifadə edir. "SD 8.0" spesifikasiyası "SD Express" yaddaş kartları üçün iki məlumat ötürmə funksiyası təqdim edir. İki məlumat ötürmə sürətinə ~ 2 Qbit/saniyə sürətli "PCIe 3.0 x2" və ya "PCIe 4.0 x1" arxitekturaları və 4 Qbit/saniyə sürətli "PCIe 4.0 x2" texnologiyalarının dəstəklənməsi sayəsində nail olunur. "PCIe 4.0 x1" arxitekturalı "SD Express" kartları "SD 7.0" spesifikasiya kartları üçün müəyyənləşdirən eyni form-faktordan istifadə edir. İki "PCIe" (PCIe 3.0 x2 və ya PCIe 4.0 x2) xəttini dəstəkləyən "SD Express" kartları üç kontakt sırasına malikdir.

 

Nizam Nuriyev





Baxış sayı: 208

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 İyun 2020

06 06 2020

06/06/20
“Facebook”da bütün mediakontentin “Google Photo” xidmətinə daşınması imkanı əlçatan olub

“Facebook” sosial şəbəkəsində foto və videoların “Google Photo” “bulud” xidmətinə köçürülməs

06/06/20
Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər

Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq 

06/06/20
“Motorola” iki yeni ucuz smartfonunu təqdim edib

“Motorola” şirkəti başlanğıc səviyyəli iki yeni smartfonunu təqdim edib