12px13px15px17px
Tarix:20/05/20

“Azərpoçt” beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa etdiyi ölkələrin sayını 40-a çatdırdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa etdiyi ölkələrin sayı 40-a çatıb.

 

Belə ki, qurum tərəfindən yük aviaşirkətləri ilə danışıqlar davam etdirilərək beynəlxalq poçtdaşımaları barədə yeni razılıqlar əldə olunub.

 

Hazırda poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Finlandiya, Honkonq, Gürcüstan, Estoniya, Xorvatiya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Koreya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu aparılır. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda məlumatlar "Azərpoçt" MMC-nin saytında (azerpost.az) yerləşdiriləcək.

 

Qeyd edək ki, hazırda adıçəkilən ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.

 

Xatırladaq ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla "Azərpoçt" MMC 14 aprel tarixindən etibarən 18 ölkəyə, aprelin 29-dan isə daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib. Yeni qərarla qeyd olunan dövlətlərin sayı 40-a çatdırılıb.

 

 







Baxış sayı: 173

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 İyun 2020

06 06 2020

06/06/20
“Facebook”da bütün mediakontentin “Google Photo” xidmətinə daşınması imkanı əlçatan olub

“Facebook” sosial şəbəkəsində foto və videoların “Google Photo” “bulud” xidmətinə köçürülməs

06/06/20
Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər

Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq 

06/06/20
“Motorola” iki yeni ucuz smartfonunu təqdim edib

“Motorola” şirkəti başlanğıc səviyyəli iki yeni smartfonunu təqdim edib