12px13px15px17px
Tarix:21/05/20

“Samsung” 5 nanometrlik çiplərin buraxılışı üzrə zavodun inşasına başlayıb

“Samsung” şirkəti “EUV” litoqrafiyasından istifadə etməklə 5 nanometrlik texnoloji proses normaları əsasında süni intellekt, “HPC” və “5G” çiplərinin buraxılışı üzrə zavodun tikintisinə başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, müəssisənin növbəti ilin ikinci yarısında işə salınacağı gözlənilir. İnvestisiya həcmi və layihə gücü barədə məlumat verilmir. Zavod şirkətin hazırda yaddaş kartlarının buraxıldığı Pxenthek şəhəri yaxınlığında yerləşən istehsal kompleksinin tərkibində tikiləcək.

 

Bu, şirkətin çip buraxılışı üzrə yeddinci (Cənubi Koreyada altıncı) müəssisəsi olacaq. Cənubi Koreya istehsalçısının məqsədi kontrakt əsasında istehsal sahəsində “TSMC” şirkətini geridə qoymaqdır və bunun üçün çoxlu vəsait xərcləyir. Məsələn, bir müddət əvvəl “Samsung” Cənubi Koreyanın Xvason şəhərində 7 və 6 nanometrlik çiplərin buraxılışı üzrə zavodu işə salıb və payızadək orada “EUV” litoqrafiyasından istifadə etməklə 5 nanometrlik texnoloji proses üzrə istehsala başlamağı planlaşdırır.

 

Bu gün kontrakt əsasında istehsal bazarında “Samsung” 20 faiz, “TSMC” 50 faiz paya sahibdir. “Samsung”un strateji məqsədlərinə görə, Cənubi Koreya istehsalçısı 2030-cu ilədək “TSMC” şirkətini üstələyəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 504

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 İyun 2020

06 06 2020

06/06/20
“Facebook”da bütün mediakontentin “Google Photo” xidmətinə daşınması imkanı əlçatan olub

“Facebook” sosial şəbəkəsində foto və videoların “Google Photo” “bulud” xidmətinə köçürülməs

06/06/20
Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər

Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq 

06/06/20
“Motorola” iki yeni ucuz smartfonunu təqdim edib

“Motorola” şirkəti başlanğıc səviyyəli iki yeni smartfonunu təqdim edib