12px13px15px17px
Tarix:23/05/20

Ucuz smartfonlar üçün yeni “Snapdragon 6-Series” çipi “5G” dəstəyini təmin edəcək

İnternet mənbələrində ucuz smartfonlar üçün beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən yeni "Qualcomm" mobil prosessoru haqqında informasiya dərc edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, söhbət "sm6350" adı ilə göstərilən və əsasən ucuz qurğular üçün nəzərdə tutulan "Snapdragon 6-Series" çipindən gedir.

 

Məlumata görə, prosessorun konfiqurasiyasında səkkiz hesablayıcı nüvənin mövcudluğu nəzərdə tutulub. Bu, 2,25 QHs takt tezlikli iki məhsuldar nüvə və 1,80 QHs takt tezlikli altı enerji effektivliyi sinfinə malik nüvədir.

 

Qrafik altsistemin tərkibinə maksimal 850 MHs tezliyində işləyən "Adreno 615" sürətləndiricisi daxil olacaq.

 

Bildirilir ki, prosessorun rəsmi təqdimatının bu rüb ərzində keçirilməsi planlaşdırılır. Beləliklə, yeni platformalı ilk "5G" smartfonları ilin sonunda işıq üzü görə bilər.

 

"Strategy Analytics" analitik şirkətinin qiymətləndirməsinə görə, cari ilin birinci rübündə dünyada satılan "5G" smartfonlarının sayı 24,1 milyon təşkil edib. Bu, tədarük həcminin 18,7 ədədə bərabər olduğu 2019-cu ilin bütün satış həcmindən çoxdur.

 

Nizam Nuriyev





Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024