12px13px15px17px
Tarix:31/05/20

“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbərlər agentliyinə verdiyi müsahibədə şirkətin baş direktoru və qurucusu Ley Szyun deyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, lakin hələ ki sınaqların təfərrüatı yoxdur. Ley Szyun yalnız onu deyib ki, “Xiaomi” yüksəksürətli yeni rabitə standartlarına diqqət ayırır, “6G” şəbəkələrinin yaradılması isə peyk internet şəbəkəsinin yaradılmasından birbaşa asılıdır.

 

Bununla yanaşı, baş direktor bildirib ki, koronavirus pandemiyası “5G” şəbəkələrinin inkişafına mənfi təsir göstərib, ancaq şirkət bu sahəni inkişaf etdirməkdə davam edəcəyini, həmçinin beşinci nəsil şəbəkələrini dəstəkləyən smartfonlar çıxaracağını qeyd edib.

 

Emil Hüseynov





Baxış sayı: 615

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024