12px13px15px17px
Tarix:23/06/20

NRYTN-in beş dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" 23 iyun 2020-ci il tarixli müvafiq Sərəncam imzalayıb.
 
Bu Sərəncamla bir qrup dövlət qulluqçusu dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə 2-ci dərəcəli və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunublar.
 
"Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülənlər sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq tədbirlər və protokol sektorunun müdiri Azər Laçın oğlu İmanov, Maliyyə və mühasibatlıq şöbəsinin Mühasibatlıq sektorunun baş məsləhətçisi Rədifə Əvəz qızı Abasova, İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin baş məsləhətçisi Rəşadət Əliağa oğlu Babayev, NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Daşımaların təhlükəsizliyi, infrastrukturla iş və taxoqraflarla təminat şöbəsinin müdiri Bəxtiyar Qasım oğlu Qasımov və adıçəkilən xidmətin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri Sevda Rəvan qızı Axundova da yer alıb.




Baxış sayı: 6618

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024