12px13px15px17px
Tarix:29/07/20

“Google” ABŞ və Avropa arasında özəl sualtı internet xətti çəkəcək

"Google" şirkəti ABŞ və Avropa – Nyu-York (ABŞ), Byude (Böyük Britaniya) və Bilbao (İspaniya) yerüstü stansiyaları arasında "Grace Hopper" adlı yeni sualtı internet kabelinin inşası ilə bağlı planlarını açıqlayıb. Sualtı kabelin çəkilişi ilə "SubCom" şirkəti məşğul olacaq. Bundan əvvəl "Google" və "SubCom" arasında "Dunant" və "Curie" kabellərinin tikintisi üçün müqavilə imzalanıb. Yeni kabel xəttinin 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, informatikanın banisi, alim və kontradmiral Qreys Hopperin şərəfinə adlandırılan yeni kabel xətti "Google" şirkətinin ABŞ və Cənubi Amerika arasında çəkilən "Curie", "Dunant" (ABŞ və Fransa arasında) və "Equiano" (Avropa və Afrika arasında) kimi digər sualtı kabellərinə qoşulacaq.

 

"Grace Hopper" şirkətin İspaniyaya çıxışı olan ilk kabeli və Böyük Britaniyaya ilk özəl sualtı magistralı olacaq.

 

"Google" nümayəndələrinin sözlərinə görə, 16 cüt (32 optik lif) optik lifdən ibarət olacaq kabel şirkət tərəfindən "SubCom" ilə əməkdaşlıqda hazırlanan yeni kommutasiya arxitekturasının istifadə olunacağı ilk xətdir. Yeni arxitektura daha yüksək etibarlılığı təmin edəcək, eləcə də şirkətə fasilələr zamanı trafiki daha yaxşı yönləndirməyə kömək edəcək.

 

"Grace Hopper" internet xətti "Curie", "Dunant" və "Equiano" kabellərinə əlavə olaraq "Google" şirkətinə tam məxsus dördüncü sualtı kabel olacaq. Bundan başqa, şirkət bütün dünyada kabellərdən birgə istifadə edən bir sıra konsorsiumların üzvüdür. "Google" ümumilikdə 15 sualtı kabelə investisiya yatırıb.

 

Nizam Nuriyev





Baxış sayı: 1043

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 Avqust 2020

08 08 2020

08/08/20
Dünyada ilk “6G” şəbəkəsinin istifadəyə verilmə tarixi məlum olub

Cənubi Koreya hökuməti ölkədə “5G” şəbəkələrinin real işləmə sürətini açıqlayan hesabatın

08/08/20
“iPhone 12” haqqında yeni təfərrüatlar məlum olub

“iPhone 12” komponentlərinin istehsalçıları istehsalda problemlə üzləşiblər