12px13px15px17px
Tarix:10/08/20

“Facebook” distant iş rejimini 2021-ci ilin iyuluna kimi uzadıb

“Facebook” şirkəti “COVID-19” pandemiyasına görə öz əməkdaşlarına 2021-ci ilin iyuluna kimi evdən işləməyə icazə verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tdaily.ru” saytına istinadən yazır ki, "biz mütəxəssislərin səhiyyə sahəsindəki təlimatlarına əsaslanaraq və şirkətdaxili məsləhətləşmələrdən sonra əməkdaşlarımıza 2021-ci ilin iyuluna kimi evdən işləməyə icazə vermək qərarını qəbul etdik" – “Facebook”un nümayəndəsi Neki Norvil deyib.
 
Bundan başqa, şirkət evdən işləmək üçün lazımi avadanlıqların satınalmasına 1000 dollar ayırmaq niyyətindədir.
 
Emil Hüseynov




Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024