12px13px15px17px
Tarix:11/08/20

“Android” və “iOS” arasında “WhatsApp” yazışmaları sinxronlaşdırılacaq

“Facebook” şirkətinə məxsus “WhatsApp”da messenceri yalnız bir smartfonda istifadə etməyə imkan verən məhdudiyyətlər aradan qaldırılacaq. Bundan başqa, bir hesaba eyni anda dörd qurğunu qoşmaq mümkün olacaq. Bu imkanlar “WhatsApp” əlavəsinin növbəti beta-versiyasında yer alıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, hazırda “WhatsApp” maksimum iki qurğuda – bir smartfon (smartfonun işə salınaraq internetə qoşulması şərti ilə) və kompüterin veb-versiyasında işləyir. Digər qurğudan daxil olmaq istəyən istifadəçilər əvvəlkindən çıxarılır.  

Məlumata görə, tezliklə bir “WhatsApp” hesabından eyni anda dörd müxtəlif qurğuda istifadə mümkün olacaq. Bu, həmçinin “Android” və “iOS” versiyaları üçün çatların sinxronlaşdırılması imkanının yaradılması deməkdir: indi bir smartfondan digərinə keçən istifadəçilər əvvəlki yazışmalardan məhrum olmayacaqlar. Bu səbəbdən fərdi kompüterdə “WhatsApp” üçün aktiv internet bağlantısına ehtiyac qalmayacaq.  

Bildirilir ki, istifadəçilər digər qurğuları öz hesablarına “Linked Devices” (Bağlı qurğular) tab-vərəqəsində birləşdirə biləcəklər. İlkin sinxronlaşdırma ötürülən məlumat həcminin böyüklüyünə görə mobil trafikdən çox istifadə edilməsi ilə əlaqədar yalnız “Wi-Fi” vasitəsilə həyata keçiriləcək.
 
Yeni funksiyanın istifadəyə verilmə tarixi barədə məlumat verilmir.
Bundan başqa, “WhatsApp”da “iPad” planşeti üçün müstəqil əlavənin hazırlanması başa çatmaq üzrədir. Ayrıca planşet versiyasının bir neçə qurğunun dəstəklənməsi funksiyası işə salındıqdan sonra buraxılacağı gözlənilir.

Nizam Nuriyev





Baxış sayı: 1150

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024