12px13px15px17px
Tarix:23/09/20

“Nokia 3.4” və “Nokia 2.4” smartfonları təqdim edilib

Onlayn təqdimat çərçivəsində yeni “Nokia” smartfonları təqdim edilib. Böyükölçülü ekran və tutumlu akkumulyatora malik ucuz “Nokia 2.4” və “Nokia 3.4” modelləri təqdim edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Nokia 3.4” modeli 6,4 düymlük displeylə təchiz edilib. Smartfon plastik arxa qapaqlı alüminium çərçivəyə salınıb. Arxa tərəfdə əsas kamera modulu və barmaq izləri skaneri yerləşdirilib.
 
Smartfonda "Google Assistant"ın sürətli işə salınması üçün ayrı bir düymə nəzərdə tutulub. NFC texnologiyasının tətbiqi mağazalarda təmassız ödəniş etməyə imkan verir. “Nokia 3.4” qurğusu “Android 10”un idarəetməsi altında işləyir.
 
“Nokia 3.4” cihazının texniki xüsusiyyətləri:
 
  • Ekran: 6,39 düym, HD+
  • Prosessor: 8 nüvəli “Snapdragon 460”
  • Əməli yaddaş: 3 QB
  • Daşıyıcı: 64 QB, 512 QB-dək “microSD” yaddaş kartı dəstəyi
  • Əsas kamera: 13 mp + 5 Mp + (ultra genişbucaqlı obyektiv) + 2 mp (dərinlik sensoru)
  • Ön kamera: 8 mp
  • Akkumulyator: 4000 milliamper/saat, 10 vatlıq enerjidoldurma
  • Təhlükəsizlik: arxa tərəfdə barmaq izləri skaneri
  • Rabitə: “Dual LTE”, “Wi-Fi 802.11n”, “Bluetooth 4.2” (apX Adaptive), “GPS/AGPS”, “QLONASS”, “BDS”, “Beidou”, “NFC”
  • Konnektorlar: USB Type-C, 3,5 mm
  • Əməliyyat sistemi: Android 10
  • Əlavə: "Google Assistant"ın çağırılması düyməsi
  • Ölçüləri: 160,97 x 75,99 x 8,7 mm
  • Çəki: 180 qr
 
“Nokia 2.4” modeli 6,5 düymlük ekrana malikdir. Arxa qapaqda ikiqat əsas kamera və barmaq izləri skaneri quraşdırılıb. Smartfonda "Google Assistant"ın işə salınması üçün ayrı bir düymə nəzərdə tutulub.
 
“Nokia 2.4” qurğusunun texniki xüsusiyyətləri:
 
  • Ekran: 6,5 düym, 1600x720, 19:9
  • Prosessor: 8 nüvəli “MediaTek Helio P22”
  • Əməli yaddaş: 2/3 QB, LPDDR4x
  • Daşıyıcı: 32/64 QB, e-MMC 5.1, 512 QB-dək “microSD” yaddaş kartı dəstəyi
  • Əsas kamera: 13 mp (f/2.2) + 2 Mp (dərinlik sensoru)
  • Ön kamera: 5 mp
  • Akkumulyator: 4500 milliamper/saat, 5 vatlıq enerjidoldurma
  • Təhlükəsizlik: arxa tərəfdə barmaq izləri skaneri
  • Rabitə: “Dual LTE”, “Wi-Fi 802.11n”, “Bluetooth 5.0”,
“GPS/AGPS”, “QLONASS”, “Beidou”
  • Konnektorlar: “micro-USB”, 3,5 mm
  • Əməliyyat sistemi: “Android 10” (32 bit)
  • Əlavə: "Google Assistant"ın çağırılması düyməsi
  • Ölçüsü: 165,85 x 76,30 x 8,69 mm
  • Çəki: 189 qr
 
Emil Hüseynov





Baxış sayı: 470

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024