12px13px15px17px
Tarix:24/11/20

Çində ən böyük “5G” şəbəkəsi qurulub

Çin dünyada ən böyük “5G” rabitə şəbəkəsini qurub. Bu haqda Çinin Sənaye və İnformasiya Texnologiyaları nazirinin müavini Lyu Lihonq deyib. Onun sözlərinə görə, Çində quraşdırılmış “5G” baza stansiyalarının sayı 700 min təşkil edir və bu, onların dünya üzrə ümumi sayının təxminən 70%-ni təşkil edir. Hazırda Çində “5G” şəbəkəsinə 180 milyondan çox qurğu qoşulub. Nazir müavini, həmçinin bildirib ki, Çində pandemiya şəraitində internet trafikində ümumi artım müşahidə olunur, 2019-cu ilin sonu ilə müqayisədə orta hesabla 50% artıb. Ölkənin bəzi rayonlarında bu göstərici 60-70% yüksəlib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, ötən il oktyabrın sonundan Çinin aparıcı mobil operatorları əhaliyə 5-ci nəsil rabitə xidməti göstərməyə başlayıb. Ölkə ərazisində baza stansiyalarının sayına və bu sahədə çalışan “5G” mütəxəssislərinin sayına görə Şanxay liderdir. Bu meqapolisdə bir çox Çin şirkətlərinin “5G” sahəsində əsas elmi tədqiqat müəssisələri, həmçinin “Huawei” telekommunikasiya nəhəngi yerləşir.

 

Emil Hüseynov





Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024