12px13px15px17px
Tarix:30/11/20

Süni intellekt texnologiyalarından gəlir 101,8 milyard dollara çatacaq

“ResearchAndMarkets” şirkəti 2030-cu ilədək informasiya təhlükəsizliyi bazarında süni intellekt texnologiyalarından gəlirin həcminin 2020-2030-cu illər ərzində orta illik artım tempi 25,7 faiz olmaqla 101,8 milyard dollaradək artacağını proqnozlaşdırır. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə süni intellektdən əldə olunan gəlir 8,6 milyard dollar təşkil edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən növbəti onillikdə süni intellektlə yanaşı, “DLP” sistemləri seqmentində artım proqnozlaşdırılır. Kompüter təlimindən istifadə sayəsində süni intellekt son nöqtələrin effektiv mühafizəsini təklif etməklə kibertəhlükəsizlik təhdidlərindən qorunmanı təmin etməyə kömək edir. Öz növbəsində “DLP” həlləri məlumatların monitorinqi, aşkarlanması və mühafizəsində mühüm rol oynayır və əsasən məxfi informasiyaya icazəsiz giriş və ya istifadənin qarşısının alınması məqsədilə təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi üçün tətbiq edilir.

 

Süni intellekt və “DLP” texnologiyalarına tələbatın artması mütəxəssislər tərəfindən bütün dünyada kiberhücum və kiberfırıldaqçılığın sayının artması (ödəniş kartı və şəxsiyyət vəsiqələrinin oğurlanması daxil olmaqla bütün kiberinsidentlərdə payı 55 faiz təşkil edib) ilə əlaqələndirilir. Ekspertlərin sözlərinə görə, kiberhücumların sayının artmasına dünya təşkilatlarının “BYOD” yanaşmasını daha çox tətbiq etməyə başlaması faktı da kömək edir.

 

Ekspertlərin sözlərinə görə, bütün bu amillər dünya süni intellekt texnologiyaları bazarında tələbatın artmasına səbəb olub. Çünki bu həllər kiberfırıldaqçılıqla mübarizəyə kömək etməklə reaksiya vaxtını azaldır, təhdidləri aşkarlayır və təcili diqqət tələb edən hücumların müəyyənləşdirilməsi üçün texnikanı saz vəziyyətə gətirir.

 

“ResearchAndMarkets” şirkətinin məlumatına görə, 2019-cu ildə süni intellekt bazarında aparıcı mövqeyi Şimali Amerika tutub. Lakin növbəti on ildə bu sahənin Asiya-Sakit okean regionunda sürətli inkişafı proqnozlaşdırılır.

 

Qeyd edək ki, “BYOD” (bring your own device, “öz qurğunu gətir”) təşkilat əməkdaşının iş üçün korporativ kompüter əvəzinə öz qurğusundan, məsələn, noutbuk, planşet və ya smartfondan istifadəni təsvir edən termindir.

 

Nizam Nuriyev





Baxış sayı: 141

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Yanvar 2021

18 01 2021

18/01/21
“iPhone 13” smartfonunun buraxılışı bir il ertələnib

“Apple” şirkəti 2021-ci ildə “iPhone 12s” seriyalı smartfonlar buraxacaq. Bu barədə Çinin “China

18/01/21
“Huawei” şirkətinə “Intel” prosessorlarından istifadə qadağan edilib

ABŞ hökuməti bir neçə “Huawei” tədarükçüsünü sanksiyalar altında olan Çin şirkəti

18/01/21
“Honor” smartfonları yenidən “Google” servisləri ilə təchiz ediləcək

“Honor” şirkətinin ABŞ sanksiyalarını aradan qaldırması nəticəsində onun smartfonlarına “Google” servislə

18/01/21
Aztelekom Zaqatalada 384 ailənin mənzilini müasir avadanlıqla təmin etdi

Regionlarda vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatını təmin etmək məqsədilə növbəti la

18/01/21
“Dynabook Satellite Pro L50” noutbuku “GeForce MX250” qrafikası ilə təchiz edilib

“Intel Comet Lake” aparat platforması və “Windows 10 Pro” əməliyyat sistemindən istifadə edən “Dynabook S

18/01/21
“Apple iMac” kompüterlərinin dizaynı yenilənəcək

Bu il “Apple” şirkəti 2012-ci ildən bəri ilk dəfə olaraq “iMac” fərdi kompüterlərinin dizaynını yeniləmək

18/01/21
“Samsung” yeni smartfonlarda yaddaş kartlarından imtina edib

“Samsung” şirkəti yeni qabaqcıl smartfonlarda yaddaş kartı üçün çıxışı ləğv edib. Bu barədə “Android P