12px13px15px17px
Tarix:18/01/21

“Huawei” şirkətinə “Intel” prosessorlarından istifadə qadağan edilib

ABŞ hökuməti bir neçə "Huawei" tədarükçüsünü sanksiyalar altında olan Çin şirkəti üçün tədarüklərə görə əvvəllər verilmiş icazələri geri çağırması barədə məlumatlandırıb. Bu barədə "Reuters" agentliyinin mənbələrə istinadən məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, bu tədarükçülərdən biri fərdi kompüter və serverlər üçün dünya prosessorlar bazarının lideri "Intel" şirkətidir. Onun çipləri əksər "Huawei" noutbuk modellərinə quraşdırılır. Çin şirkəti son illər bir sıra uğurlu portativ fərdi kompüter modeli buraxıb və onun bu kateqoriyada illik tədarük həcmi 2018-ci ildən 10 faizdən çox artıb. Bundan başqa, "Huawei" server həllərində "Intel" məhsullarından istifadə edir.

 

Məlumata görə, ABŞ Ticarət Nazirliyi tərəfindən əvvəllər "Huawei" ilə biznesin aparılması üçün verilmiş bütün icazələr ləğv edilib, "Intel" daxil olmaqla yeni icazələrin verilməsinə görə müraciət edən bütün şirkətlərə imtina olunub.

 

ABŞ rəsmilərinin sözlərinə görə, "Huawei" şirkətinin Çin ordusu ilə mövcud əlaqələri səbəbindən onun tərəfindən istehsal edilən şəbəkə avadanlığı və fərdi elektronikaya etibar etmək olmaz. 2019-cu ilin mayında Ağ Ev "Huawei"ni və onunla bağlı 144 şirkəti ABŞ istehsalçılarının xüsusi icazəyə malik olmadan biznes aparmasının qadağan olunmasını nəzərdə tutan təşkilatların "qara siyahı"sına daxil edib. Əvvəlcə şirkətin "Android" qurğularına "Google" proqram və servislərini quraşdırmaq, daha sonra müasir mobil prosessorlardan istifadə imkanı qadağan edilib.

 

Nizam Nuriyev





Baxış sayı: 521

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024